Daşkənddə Ümummilli Liderin abidəsi ziyarət olunub | FOTOLAR

Daşkənddə Ümummilli Liderin abidəsi ziyarət olunub |    FOTOLAR
  15 Noyabr 2025    Oxunub:706
Özbəkistanda səfərdə olan Azərbaycan nümayəndə heyəti noyabrın 14-də Daşkənd şəhərində yerləşən Heydər Əliyev meydanında Ümummilli Liderimizin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıb.
AzVision.az xəbər verir ki, nümayəndə heyəti sonra Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə gələrək burada Ulu Öndərin büstünün önünə də gül dəstələri düzüb.

Mərkəzin fəaliyyəti, həyata keçirilən mədəniyyət layihələri, eləcə də Azərbaycan tarixini, milli mədəni və ədəbi irsini əks etdirən guşələr barədə ətraflı məlumat verilib. Mərkəzdə fəaliyyət göstərən yaradıcı kollektivlərin işləri də təqdim olunub, “Qarabağ Zəfəri” rəqs qrupu, “Xarıbülbül” teatr qrupu, rəssamlıq və Azərbaycan dili kurslarından söhbət açılıb.

Mərkəzin fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verən nazir bildirib ki, Azərbaycanın xaricdəki mədəniyyət mərkəzləri mədəniyyətimizin təbliği, ölkələrimiz arasında humanitar əlaqələrin möhkəmləndirilməsi və mədəni inteqrasiyanın genişlənməsi baxımından mühüm missiya daşıyır. Daşkənddəki Mədəniyyət Mərkəzi də Azərbaycan-Özbəkistan dostluğuna, qardaşlığına öz töhfəsini verir.

AzVision.az

Qalereya




Teqlər: Ümumikli-Lider   abidə   ziyarət  



Xəbər lenti